Ermənilər girov götürdükləri azərbaycanlılardan orqan mafiyasında istifdə edirlər. - FOTOLAR

24.06.2017 10:10     Sosreaksiya     1537

Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi çərçivəsində növbəti tədbirini keçirdib.


Tədbir Şuşa Humanitar Kollecində keçirilib. Tədbiri giriş sözü ilə açan kollec nümayəndəsi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün bu cür tədbirlərin vacibliyini qeyd edərək bildirib ki, kollecdə təhsil alan hər biri gənc qızımız  sabahın anası olaraq bu gündən öz üzərlərinə düşəcək vəzifənin, gələcəyin vətənpərvər övladlarını yetışdirmək üçün bu günkü tariximizi bilməlidirlər.

Daha sonra çıxış edən layihə rəhbəri Radə Abbas layihə barədə  geniş məlumat verərək bildirib ki, uzun illərdir Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü nəticəsində Ermənistan ordusu tərəfindən girov götürülmüş hərbiçi və mülki əhalinin  işgəncələrə və təcavüzlərə məruz qalıb. Minlərlə qız-gəlinimizin, ana-bacılarımızın girov götürülməsindən, bu gün belə onlarin bir çoxunun aqibətinin məlum olmadığından danışıb. Qarabağda girov götürülmüş Azərbaycan qadınlarının ermənilərin təcavüzündən dünyaya gətirdikləri oğlan uşaqlarını əllərindən alıb Ermənistan ordusu üçün əsgərə, qız uşaqlarını isə orqan mafiyası üçün vəsaitə çevirirlər.  Radə Abbas qeyd edib ki, bu gün girovluqda olanlar Sizin bacı və qardaşlarınızdır. Girovluqda olan Azərbaycan vətəndaşlarının tanıdılması üçün hər kəsin çalışmasının vacib olduğunu söyləyib..

Tədbirdə iştirak edən tələbələr bu barədə öz düşüncələrini bölüşüblər.fikir və təkliflərini irəli sürüblər.

Tədbirin sonunda Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas kollecin kitabxanasına müharibə dövrünü işıqlandıran kitablar, səkillər, filmlər hədiyyə edib.

Reaksiya.az

Şərhlər