Ramazan ayında növbəti xeyriyyəçilik - FOTOLAR

25.06.2017 12:50     Sosreaksiya     1570

11 ayın Sultanı, Müqəddəs "Qurani-Kərim"in nazil olduğu Ramazan ayında ənənəmizə sadiq qalan "Qafqaz-Media"İB-nin növbəti xeyriyyə tədbiri keçirilib.

Reaksiya.az xəbər verir ki, tədbir "Lalə" şadlıq sarayında baş tutub.

Xeyriyyə məqsədi ilə təşkil olunan tədbirdə əməkdar artistlər Elza Seyidcahan, Nahidə Orucova, tanınmış aktrisa Zulya Eldarqızı, müğənni Cəmilə Elitstar, Sevda Əliqızı, Arif Səlimov, Məsumə Əliyeva, Rəvan, Anarə, Rəsul və s. öz ifaları ilə məclisə rəng qatıblar.

Qeyd edək ki, tərbirə fiziki qüsürlü uşaqlar da cəlb olunub. 300 nəfərin iştirakı ilə keçən tədbirdə iftar süfrəsi açılıb, həmçinin gözdən əlil şair-müğənni Mansur Qadir üçün xeyriyyə aksiyası keçirilib.

Reaksiya.az

Şərhlər