"BİRA" Dərbənd qəzeti ilə əməkdaşlıq edəcək.

25.06.2017 12:59     Sosreaksiya     1413

Reaksiya.az xəbər verir ki, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi ilə “Müharibə Veteranı Qadınlarlna Sosial Yardım ” ictimai birliyi  Azərbaycanın qədim şəhərlərindən biri olan Dərbənd şəhərində işgüzar səfərdə olublar.

Səfər zamanı " BİRA" ictimai birliyinin rəhbərliyi Dərbənd şəhərində nəşr edilən, Azərbaycan dilində yeganə mətbuat orqanı olan Dərbənd qəzetinin baş redaktoru Hacımurad Əlifxanovla görüşüb, fikir mübadiləsi aparıblar.

Gələcəkdə “BİRA”ictimai birliyinin mətbu orqanları ilə  əməkdaşlıq üçün  müzakirələr aparılıb, razılaşma əldə olunub.

Reaksiya.az

Şərhlər