“Mercedes-Benz” 16 min avtomobilini geri çağırır

15.07.2017 14:30     Sosreaksiya     1122

“Mercedes-Benz” Çin bazarına ixrac etdiyi 16 min 301 avtomobilini əyləc sistemindəki problemlə əlaqədar geri çağırır. Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına əsasən, geri çağırılan avtomobillər 2012-ci ilin fevralından 2013-cü ilin aprelinədək istehsal olunan A, B və CLA sinfindən nəqliyyat vasitələridir.

Problemli hissələr istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.(azərtac)

Reaksiya.az

Şərhlər