Qafqaz Media və ASKEF Milli Mətbuat Gününü qeyd edib

17.07.2017 23:07     Sosreaksiya     1591

Reaksiya.az xəbər verir ki, 13-15 iyul 2017-ci il Azərbaycanda Qafqaz Media İctimai Birliyinin və Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən Avrasiya Sənət Mədəniyyət Ədəbiyyat və Elm Federasiyanı Milli Mətbuat Günü və iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı münasibəti ilə silsilə tədbirlər həyata keçirdi. Qafqaz Media İB-nin sədri və ASKEF-in  Azərbaycan təmçilsi Hacı Azadə Talehin təşkilatçılığı ilə baş tutan tədbirə ASKEF sədri Savaş Ünalın rəhbəriliyi ilə Türkiyədən, İraqdan, İrandan, Krımdan, Rusiya və İsraildən şair,yazar, ozan və dərnək rəhəbləri olmaqla 50 nəfərlik heyətlə təşrif buyurmuşdular. İlk tədbir 13.07.2017-ci il Gəncə şəhərində Məhsəti Gəncəvi adına Mədəniyyət Evində baş tutub 14.07.2017 Bakı şəhəri Azərbaycan Yazıçılar Birliyində AYB sədri Xalq Yazıçısı Anarla görüşlə davam elədi. Xalq Yazıçısı Anar ASKEF heyəti ilə tanış olub, bu mədəni əlaqələrini alqışlayıb, öz təklifərini irəli sürdü. Sonuncu möhtəşəm tədbir 15.07.2017-ci il Bakı şəhərində "Filiz Palace"da baş tutdu. Gecəyə Millət Vəkili Jalə Əliyeva olmaqla AYB nümayəndələri, sənət adamları, media və ədəbiyyat nümayəndələri qatımışdır. Azərbaycan, Krım, İran, İraq, İsrail, Rusiya və Gürcüstandan dəvət olunmuş qonaqlar Qafqaz Media İB və AKEFİN dilpomları ilə təltif edildilər. 

Qabil Ədalət

Reaksiya.az

Şərhlər