Məşhur araşdırmaçı - yazar BİRA ictimai birliyində olub

18.07.2017 00:29     Sosreaksiya     1302

Bu gün Bakıda səfərdə olan  türk törəsini araşdıran məşhur yazar Nuralciya Tağı “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyinin ofisini ziyarət edib.

BİRA ictimai birliyinin sədri Zaur Qəriboğlu ilə görüşən xanım yazarla Türk dünyasının mövcud vəziyyəti, informasiya müharibəsində Azərbaycanın rolu və s. məsələlər müzakirə olunub. BİRA ictimai birliyinin fəaliyyəti və "Karabakh Today", "Reaksiya.az" portalları barədə məlumat alan Nuralciya Tağı gələcəkdə də birgə əməkdaşlıq etmələrindən məmnunluğunu ifadə edib. Həmçinin qərara alınıb ki, yaxın günlərdə BİRA ictimai birliyinin təşkilatçılığı ilə Nuralciya Tağının “Türk törəsi: tarixi və gələcəyi” mövzusunda tədbir həyata keçirilsin. Tədbirin zamanı barədə ictimaiyyətə məlumat veriləcək.

 

 

Reaksiya.az

Şərhlər