İmtahanında istifadə olunmuş testlərin izahı DİM-in saytında yerləşdirilib

24.07.2017 12:58     Sosreaksiya     1119

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahıDövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən verilən məlumata görə, 22 iyulda ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı > test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Reaksiya.az

Şərhlər