Hərbi gəmilərimiz artilleriya atışlarına başlayır

02.08.2017 12:16     Sosreaksiya     1674

Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar.

Müdafiə Nazirlitindən Reaksiya.az-a verilən məlumata görə, müsabiqənin bu epizodunda Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin “Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.

Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.

Reaksiya.az

Şərhlər