Sinoptiklərdən xəbərdarlıq: Leysan yağacaq, dolu düşəcək

14.08.2017 13:28     Sosreaksiya     1229

Sinoptiklər əlverişsiz və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Reaksiya.az-a verilən xəbərə görə, avqustun 14-ü axşamdan avqustun 18-dək şimal və qərb rayonlarından başlayaraq bəzi bölgələrdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal edilir.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 15-16-da Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, havada rütubətliyin bir qədər çox olması narahatlıq hissi yarada bilər.

Reaksiya.az

Şərhlər