Azərbaycanda silah anbarında güclü partlayış - VİDEO

27.08.2017 11:55     Sosreaksiya     2196

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a  bildiriblər ki, yanğın nəticəsində ərazidə partlama müşahidə olunub.

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

Mirələm Cəlalov  bildirib ki, hələlik təcili yardım briqadaları hadisə yerinə yaxınlaşa bilmir. "Yanğın o qədər şiddətlidir ki, hərbi hissənin ərazisinə yaxınlaşmaq mümkün deyil. Bu səbəbdən hələlik yaralıların və ölənlərin olub-olmadığı haqda heç bir məlumat yoxdur. Gözləyirik"-o bildirib.

Ərazidən insanlar təxliyyə edilir. Bakı-Quba yolu tamamilə bağlanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

.Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.Ölən və yaralananlar barədə hələlik dəqiq məlumat yoxdur

Rusiya telekanalları sosial şəbəkələrə istinadən Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin silah anbarında baş vermiş və partlayışla müşaiyət olunan yanğının qısa videokadrlarını yayıb. Kadrlara əsasən yanğın və partlayış Bakı-Rostov trasına yaxın ərazidə baş verib. Azərbaycandan Rusiya sərhədinə gedən avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Reaksiya.az

Şərhlər