Röyanın dedikləri ÜRƏKLƏRİ DAĞLADI: "Allahım bunu göstərdinsə deməli günahım böyükdür,balam..."

04.09.2017 13:36     Sosreaksiya     2138

Əməkdar artist Röya şəxsi "İnstaqram" səhifəsində Arakanda yaşanan müsəlman qətliamına münasibət bildirib:
Şəxsi hesabından ürəyini açan əməkdar artist qətliamı birmənalı olaraq pisləyib:

"Səhifəmdə heç bir zaman zülmü əks etdirmədim!!! Buna hər kəs şahid oldu!!! Müsəlmamın yıxıldığını göstərmək istəmədim, çünki utandım!!! Utandım ona görə ki, mən gərək səhnələrə çıxmayım....
"Bəs o zaman ailəmə, övladıma kim baxar?" - deyə sual içimi qanatdı! Bəzilərinə müğənniciyəm, bəzilərinə kiçik hərflə röya... amma mənim unutmadığım və şəkk gətirmədiyim Allahım var. Bunu paylaşaraq deyirəm: Nə günahım var, bağışla! Nə cəzam var, ver, çəkim!!! Amma balamdan çəkdirmə.
Yalvarıram, balamdan çəkdirmə. Orada olan məmim ruhum, mənim canımdır. Bunu mənə göstərdinsə, deməli günahım böyükdür!!! Bu gündən mənim İnstadünyam yoxdur!!! Allahım günahımızı balamıza çəkdirmə ! Birmada buddistlər müsəlmanları diri-diri yandırırlar, uşaqları "tok"a verirlər, buna dünya göz yumur!!!"

 

Röyanın dedikləri ÜRƏKLƏRİ DAĞLADI: "Allahım bunu göstərdinsə deməli günahım böyükdür,balam..." - FOTO

Reaksiya.az

Şərhlər