Könüldən könülə yollar görünür

12.09.2017 02:09     Sosreaksiya     1579

Reaksiya.az xəbər verir ki, bu gün "Demokrat Qazeteciler ve Yazarlar Derneyinin" və “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin birgə layihəsi çərçivəsində 19 sentyabr Türkiyə Qazilər Günü münasibətilə Azərbaycandan 20 nəfərlik veteran, şəhid və əlil övladlarının Türkiyəyə səfəri təşkil edilib. Layihənin bütün məsrəflərini TADDEF – in qarşılaması ilə yanaşı, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfirliyinin Mədəniyyət və Turizm İdarəsinin də böyük  dəstəyi var. Qeyd edək ki, gəzinti 12-09 2017 –ci il tarixindən 22.09.2017 – ci il tarixlərinə qədər davam  edəcək. On gün ərzində Türkiyənin  İğdır, Manisa, İzmir,  Uşaq, Çanaqqala şəhərlərində  müxtəlif görüşlər keçiriləcəkdir. Həyata keçirilən layihənin məqsədi Azərbaycan və Türkiyə qazilərinin övladlarının dostluğu bu dostluğun gələcəkdə təhsil müəssisələrinə və mediaya  daşınması yolu ilə Azərbaycan Türkiyə əlaqələrinin daha da möhkəmləndirilməsi,  qardaşlıq bağlarının daha da sıxlaşdırılmasıdır. Tədbirlər müxtəlif dövlət və qeyri dövlət idarələrinin təşkilatçılığı ilə həyata keçiriləcəkdir. Qeyd edək ki, proqramın media əlaqələrini "Beynəlxalq İnformasiya və Regionalar Araşdırmalar" ictimai birliyi təşkil etməklə yanaşı, informasiya dəstəyini də "Reaksiya.az" informasiya portalı və "Karabakh.Today" beynəlxalq analitik informasiya portalı verir.

 

Z.Cəsarət

Şərhlər

Çox oxunanlar