Sabahdan Məhərrəm ayı başlayır

21.09.2017 17:55     Sosreaksiya     1250

Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.

Miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq.

Məhərrəm ayının 10-cu günü – Aşura oktyabrın 1-nə təsadüf edəcək.

Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.

İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.

28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq.

Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar