“Qarabağ”ın azarkeşləri üçün pulsuz avtobus ayrılmayacaq

17.10.2017 14:31     Sosreaksiya     1299

“Qarabağ” - “Atletiko” oyunu öncəsi azarkeşlərin stadiona aparılması üçün xüsusi nəqliyyat vasitələrinin ayrılması nəzərdə tutulmayıb”.

Bunu Azvision.az-a "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Klub rəsmisi bildirib ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq azarkeşlərin xidmətində olacaq.

N.İbrahimov əlavə edib ki, azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:00-dan etibarən istifadə edə bilər.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletko" oyunu ilə əlaqədar paytaxtda ictimai nəqliyyatın fəaliyyətinə nəzarət gücləndiriləcək.

Qeyd edək ki, “ Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək. Hazırda bilet satışı davam edir. Biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə etmək olar.

Reaksiya.az

Şərhlər