Lerikə güclü qar yağıb

17.10.2017 18:04     Sosreaksiya     1368

Lerik rayonuna güclü qar yağıb.

Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda rayon ərazisində soyuq hava şəraiti müşahidə olunur: "Dağlıq ərazilərdəki kəndlərə 20-25 santimetr hündürlüyündə qar yağıb. Rayon mərkəzinə qar yağmasa da, yağış var. Hazırda güclü qar yağmasına baxmayaraq, kəndlərdə vəziyyət normaldır, yollarda heç bir problem yoxdur. Kəndlərin fasiləsiz elektrik enerjisi ilə təchizatında problem yaranmayıb".

Reaksiya.az

Şərhlər