Azərbaycanın Milli Qəhrəmanı Tahir Tofiq oğlu Həsənovun qəhrəmanlığı haqqında film çəkiliir.

29.10.2017 20:05     Sosreaksiya     2374

Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə həyata keçirdiyi layihəni davam etdirir.

 

 Layihənin rəhbəri Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri, Tahir Həsənovun anası Qalibə Budaqovadır. Tahir Həsənovun rolunu müğənni Azad Şabanov canlandırır. Filmdə Tahir Həsənovun döyüşçü dostları, məktəb yoldaşları və ailə üzvləri Tahir Həsənovun qəhrəmanlıqlarından söz açırlar.  Səhnələşdirilmiş hissələr Tahir Həsənovun vaxti ilə təhsil aldığı, bu gün onun adını daşıyan 23 nömrəli  orta məktəbdə aparılıb. Layihə rəhbəri Qalibə Budaqova təəssüflə qeyd edib ki, Tahir Həsənovun son döyüş səhnəsinin çəkilişlərinin Daxili Qoşunların N saylı hərbi hissəsində aparılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə dəfələrlə rəsmi müraciətlər olunsa da nəticə əldə olunmayıb. Nazirliyin sözçüsü Ehsan Zahidov müxtəlif bəhanələr gətirilərək çəkilisin aparılması üçün şərait yaratmayıb. Layihə rəhbəri filmin çəkilişlərinin davam etdiyini qeyd edib.

Reaksiya.az

Şərhlər