Aprel şəhidi mayor Urfan Vəlizadənin qəhrəmanlığı haqqında filmin çəkilişləri davam edir

29.10.2017 20:07     Sosreaksiya     1268

Vətən sağ olsun!- Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə həyata keçirdiyi layihəni davam etdirir.

Layihədə " Azərbaycan Bayrağı" ordenli aprel şəhidi mayor Urfan Vəlizadənin qəhrəmanlığı haqqında filmin çəkilməsi nəzərdə tutulub. Layihənin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızının verdiyi məlumata görə filmin çəkilişləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, Urfan Vəlizadənin xidmət etdiyi hərbi hissədə aparılıb. Layihə rəhbəri filmin çəkilişlərində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir. Layihədə həmçinin mayor Urfan Vəlizadənin ailə üzvləri də gənclərimizə nümunə olacaq bir qəhrəman haqqında xatirələrini dilə gətirirlər.

Reaksiya.az

Şərhlər