Ermənistan ordusunun daha iki əsgəri xidmətdən qaçıb

02.11.2017 12:26     Sosreaksiya     1580

Ermənistan ordusunun daha iki əsgəri xidmətdən qaçıb 
İşğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan  məruz qaldıqları təhqirlərə dözməyərək xidmət yerlərindən qaçıblar.
Məlumatın ictimaiyyətdən gizlədilməsi məqsədilə hərbi hissə komandiri dərhal bu əsgərlərin və onların valideynlərinin saxlanılaraq hərbi hissəyə gətirilməsinə göstəriş verib. Özbaşınalıq səbəbindən xidmət yerini tərk edən və tutularaq zorla xidmət yerinə gətirilən hərbi qulluqçuların valideynləri də hərbi hissəyə dəvət ediliblər. 
Komandanlıq hərbi hissədə baş verənlər haqqında valideynlərin şikayət etməyəcəyi təqdirdə, əsgərlərə cinayət işinin açılmayacağına razılıq verib.
 

Şərhlər