Tahir Əkbərin bütün müalicə xərcləri qarşılanacaq - Mehriban Əliyeva tapşırıq verdi

03.11.2017 14:29     Sosreaksiya     1586

İnsult keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində yerləşdirilən tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti ağır olaraq qalır.

Şöbədən bildirilib ki, dünən səhər saatlarında xəstəxanaya yerləşdiriləndən T.Əkbərin vəziyyətində ciddi bir irəliləyiş qeydə alınmayıb.

“Hələ o, özünə gəlməyib. Çünki insult səbəbindən beyində yaranan ocaq böyükdür”, - deyə şöbədən bildirilib.

Qeyd edək ki, T.Əkbər dünən səhər saatlarında insult keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. Həkimlər onun əvvəl iki dəfə də insult keçirdiyini bildiriblər. 

Millət vəkili Qənirə Paşayeva Tahir Əkbərin müalicə xərclərini Birinci vitse-prezident Mehriban Əliyevanın öz üzərinə götürdüyünü bildirib: "Bu gün baş həkimlə görüşdük. Tahir Əkbər hazırda danışa bilmir. Vəziyyəti ağır olaraq qalır. Dövlətimiz, Mehriban xanım bu məsələni öz üzərinə götürdü. Tahir Əkbərin müalicəsi üçün nə lazımdırsa, hamısı dövlət tərəfindən təmin ediləcək".

Reaksiya.az

Şərhlər