Düşmən ordusunun silah anbarında partlayış

04.11.2017 15:00     Sosreaksiya     1631

Düşmən ordusunun silah anbarında partlayış baş verib, 12 nəfər ölən var

Reaksiya.az xəbər verir ki, noyabrın 4-də işğalçı Ermənistan ordusunun Agdərə istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib. Partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən 12 nəfərin öldüyü və xeyli sayda yaralıların olduğu bildirilir. 
 
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.
 

Şərhlər