“Əsgər Ailəsi Cəmiyyəti”nin 25 illiyi qeyd olundu

08.11.2017 22:44     Sosreaksiya     1461

Noyabrın 7 – də “Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyini qeyd edilib. Reaksiya.az bildirir ki,  tədbirdə QHT nümayəndələri, ehtiyyatda olan zabitlər, gazilər və şəhid ailələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Emin Həsənli “Əsgər Ailəsi Cəmiyyəti”nin 25 ildə gördüyü işlərdən, cəmiyyətin  nailiyyətlərindən, bu təşkilatın Respublikada Vətənpərvərliyin yüksək səviyyədə təbliğ etməsindən danışıb.

Ehtiyyatda olan General Sarıyev, Polkovnik Həsən Əmirov, Aprel döyüşçülərindən Ülfət Həsənov və Natiq Mehdiyev çıxış edərək, “Əsgər Ailəsi Cəmiyyəti”nin sədri Roza Əliqızının 25 ildə bu təşkilat vasitəsi ilə xalqımza xidmətindən danışıblar.

Sonda ehtiyyatda olan zabit, hərbi jurnalist Roza Əliqızı çıxış edərək rəhbəri olduğu təşkilatın yaranma tarixi haqqında iştirakçılara məlumat verdi: ” 1992 ci illərdə mən hərbi hissələrə gedərək əsgərlərdən ailələrinə, ailələrindən isə əsgərlərə məktublar aparardım. O vaxt poçt- rabitə, əlaqə yox idi. Bir də baxdım ki, iş görürəm. Beləliklə, “Əsgər Ailəsi Cəmiyyəti” yarandı. Elə o gündən bu günə ömrümüz cəbhə bölgələrində, əsgərlərimizin yanında keçdi” – deyə, Roza xanım bildirdi.

Tədbir iştirakçıları Roza Əliqızının “Əsgər Ailəsi Cəmiyyəti”nin xətti ilə ölkəmizdən kənarda Türkiyədə, Avropada  Qarabağ gerçəkliklərinin yetərincə təbliğ etməsindən bəhs etdilər.

Sonda Roza xanıma Fəxri fərmanlar və medallar təqdim edildi.

Reaksiya.az

Şərhlər