QHT "Vətən sağ olsun" filminin nümayişinə start verib

QHT "Vətən sağ olsun" filminin nümayişinə start verib
Tarix: 26.11.2017 22:03
Oxunma sayı: 467
Mənbə: Reaksiya.az
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi “Azərbaycan Bayrağı ordenli Urfan Vəlizadənin qəhrəmanlıqları haqqında filmin çəkilməsi” layihəsini yekunlaşdıraraq tədbirlərə başladı.

Layihə çərçivəsində Azərbaycan Bayrağı Ordenli aprel şəhidi mayor Urfan Vəlizadənin qəhrəmanlığı haqqında-  VƏTƏN SAĞ OLSUN  filmi çəkilib. Layihənin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızıdır . 
 
Layihə rəhbərinin Reaksiya.az-a verdiyi məlumata görə filmin çəkilişləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, Urfan Vəlizadənin xidmət etdiyi hərbi hissədə aparılıb. Layihə rəhbəri filmin çəkilişlərində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir. 
Layihədə həmçinin mayor Urfan Vəlizadənin ailə üzvləri, dostları  gənclərimizə nümunə olacaq bir qəhrəman haqqında xatirələrini dilə gətiriblər. Layihə 3 ay müddətinə icra olunub. 
 
Filmin təqdimat mərasimi ilk olaraq Səbail rayonundakı 7 saylı məktəbdə keçirilib.Tədbirdə aprel şəhidi Urfan Vəlizadənin ailə üzvləri, QHT rəhbərləri, məktəblilər iştirak ediblər. Tədbiri  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri, layihə rəhbəri Şəbnəm Rəfaelqızı açaraq şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Daha sonra layihə rəhbəri görülən işlərdən məlumat verib. Filmə baxış olub. 
 
Sonra QHT rəhbərləri Mətanət Əsgərqızı, Büllur Cavadqızı, 7 nömrəli məktəbin rəhbərliyi, filmdə canlandırılan faktların, pilot Urfan Vəlizadənin həyat yolunun gənclərimizə örnək olduğunu xüsusi qeyd etdilər. Məktəblilər də Urfan Vəlizadə kimi qəhrəman olmaq arzusunda olduqlarını vurğuladılar. Tədbirin sonunda Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri, layihə rəhbəri Şəbnəm Rəfaelqızı  7 nömrəli məktəbə VƏTƏN SAĞ OLSUN  filminin disklərini bağışladı. 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi “Azərbaycan Bayrağı ordenli Urfan Vəlizadənin qəhrəmanlıqları haqqında filmin çəkilməsi” layihəsi çərçivəsində daha bir görüşü Səbail rayon veteranlar təşkilatında QHT rəhbərləri, Qarabağ müharibəsi veteranları ilə keçirib. Tədbirdə həmçinin mayor Urfan Vəlizadənin ailə üzvləri də iştirak ediblər.Tədbiri filmin rejissoru və ssenari müəllifi Etibar Məmmədov açıb.O film və layihə barədə məlumat verib. VƏTƏN SAĞ OLSUN  filminə baxış olub. QHT rəhbərlərindən Akif Kərimov, Nəsimi Qarabağlı,müharibə veteranları Vüsal Nəsirov, polkovnik Xətai Baxışov Urfan Vəlizadənin video lentin yaddaşına köçürülən qısa, amma nəsillərə örnək olacaq həyatına həyacansız baxmaq mümkün deyil dedilər. Bu ömür əslində Azərbaycan gəncinin örnək götürəcəyi həyat yoludur.  
 
Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri, layihə rəhbəri Şəbnəm Rəfaelqızı qeyd etdi ki, layihə başa çatsa da davam olaraq hərbi hissələrdə, orta və ali məktəblərdə filmin nümayişi nəzərdə tutulub.
 
Mayor Urfan Vəlizadənin ailəsi adından çıxış edən həyat yoldaşı Könül Vəlizadə və bacısı Xuraman Vəlizadə onların doğmalarına verilən dəyər,qiymətə görə dövlətimizə minnətdarlıqlarını bildirdilər. Layihədə əməyi olanlara uğurlar dilədilər.
 
Sonda İctimai Birliyinin sədri, layihə rəhbəri Şəbnəm Rəfaelqızı iştirakçılara disk, Urfan Vəlizadənin ailəsinə baner və disk bağışladı.
 

Şərhlər