Azərbaycan Ali Hərbi Məktəbi kursantlarının çöl təlimləri başlayıb

28.11.2017 12:47     Sosreaksiya     1561

 Döyüş hazırlığı planına uyğun olaraq  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışı başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, tədris prosesinin təqvim qrafiki əsasında icra olunan çöl çıxışının əsas məqsədi praktiki dərslərdə atəş vasitələrindən istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də döyüş texnikasının düzgün istismarı qaydalarının və döyüşdə bölmələrin inamla idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Səhra şəraitində keçiriləcək məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar olunması və onların atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif döyüş vasitələri nümunələrindən istifadə vərdişləri və digər tapşırıqları icra edəcəklər.

 

Şərhlər