Hərbi hissələrdə park-təsərrüfat günü keçirilib - VİDEO

09.12.2017 17:20     Sosreaksiya     1293

Reaksiya.az xəbər verir ki, qoşunların hazırlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə park-təsərrüfat günü keçirilib.


Günün nizam qaydalarına əsasən şəxsi heyət parklarda hərbi texnikaya qulluq göstərib və zabitlərin nəzarəti altında texniki baxışdan keçirilən döyüş vasitələri növbəti dərs həftəsinə hazırlanıb.


Silah təmizləmə otaqlarında əsgərlər ötən həftə ərzində təlim mərkəzləri və poliqonlarda keçirilən məşğələlərdə, atışlarda istifadə etdikləri silahlara qulluq göstərib və təmizlənən silah-sursat müvafiq qaydada saxlanclarda mühafizəyə götürülüb.


Hərbi hissələrin ərazisindəki qərargah binaları, zabit və əsgər yataqxanaları, yeməkxanalarda da təmizlik işləri aparılıb, camaşırxanada yataq dəstləri, paltarlar yuyulub, yaşıllaşdırma tədbirləri, həmçinin digər təsərrüfat işləri həyata keçirilib.

Reaksiya.az

Şərhlər