Düşmən atəşindən hərbi qulluqçumuz şəhid olub

14.12.2017 12:56     Sosreaksiya     1522

 Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə,  Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu  Salahov Fizuli Süleyman oğlu şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Reaksiya.az

Şərhlər