Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu
Tarix: 25.12.2017 12:10
Oxunma sayı: 666
Paylaş:

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Aydan Əsədova BP şirkətinin həyata keçirdiyi təcrübə proqramının bütün dünya üzrə iştirakçıları arasında keçirilən müsabiqədə qalib olub.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, müsabiqənin əsas məqsədi BP-nin bütün ölkələrdən olan təcrübəçilərinin təcrübə keçdiyi müddətdə fəaliyyətini əks etdirən şəkillər və xatirələri öz sosial şəbəkəsində paylaşması təşəbbüsü olub.

Müsabiqənin nəticələrinə əsasən, tələbəmiz qalib seçilərək BP şirkəti tərəfindən yarışmanın baş mükafatı olan GoPro qazanıb.

 

Aydan Əsədovanın qalib olması haqda BP şirkəti özünün rəsmi saytı və “BP careers” rəsmi facebook səhifəsində paylaşımlar edib.

Qeyd edək ki, təcrübə keçdiyi müddətdə Aydan BP-nin AGT regionu üzrə “Technofest 2017” layihə təqdimatı yarışmasında da iştirak edərək 27 təcrübəçi arasında 3-cü yer qazanıb və uğur sertifikatı ilə təltif edilib.

Aydan Əsədova hazırda BANM-da Proseslərinin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsidir.

Reaksiya.az

Şərhlər