8 minədək hərbi qulluqçu övladı bayram şənliklərində iştirak edib

8 minədək hərbi qulluqçu övladı bayram şənliklərində iştirak edib
Tarix: 04.01.2018 14:39
Oxunma sayı: 629
Paylaş:

Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri təşkil olunub.

Reaksiya.az xəbər verir ki, məktəb tətili günlərində keçirilən bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə 8 minədək övladı üçün yeni il konsertləri, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.

Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan Qarnizon Zabitlər Evinin və Gəncə Zabitlər Evinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

 

Reaksiya.az

Şərhlər