Radara düşməmək üçün “AzNav”ın sürət həyəcan siqnalından istifadə edin

Radara düşməmək üçün “AzNav”ın sürət həyəcan siqnalından istifadə edin
Tarix: 17.01.2018 12:56
Oxunma sayı: 832
Paylaş:

Azərbaycan Prezidenti İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi və operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biri də ilk milli naviqasiya sistemi olan “AzNav”dır.

Əmlak Məsələləri Dövlət Komitəsindən Reaksiya.az-a verilən məlumata görə, unikallığı ilə seçilən bu ilk milli naviqasiya sistemi istifadəyə verildiyi gündən bəri vətəndaşların xüsusi marağına səbəb olub. İstifadə qaydalarının rahatlığı, geniş funkisonallığı ona olan diqqəti artırıb. Belə ki, hazırda sistemin istifadəçilərinin sayı 270 mini ötüb. Bunun 206 min nəfəri "Android" əməliyyat sistemli telefonlardan qalanı isə iOS əməliyyat sistemini dəstəkləyən telefonlardan qoşulub. Nəzərə alsaq ki, sistem bir il bundan öncə vətəndaşların ixtiyarına verilib, qısa zaman keçməsinə baxmayaraq, istifadə sayına görə xeyli irəlidədir. Göstəricinin yüksək olması “AzNav”ın bir çox üstün cəhətlərə sahib olduğunu göstərir.

İstifadəçilər “AzNav”ı "iOS" (Apple), "Windows CE" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan, eyni zamanda, telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək imkanına malikdir. Həmçinin vətəndaşlar əlavə internet paketi götürmədən sistemi oflayn rejimdə işlədə bilərlər. Bu isə onların vəsaitlərinə qənaət etməsinə imkan verir.

Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi “AzNav” Komitənin öz məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb. Sistem yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir. “AzNav”ın əsas üstünlüklərindən biri də mütəmadi olaraq yenilənməsidir.

“AzNav” ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapma işini daha da rahatlaşdırır. Belə ki, əgər gələn qonaq gedəcəyi yerin dəqiq ünvanını bilmirsə sadəcə məkanın adını yazmaqla lazımi obyekti tapa bilər. Başqa sözlə, sistemdə ünvansız axtarış prinsipi təmin edilib. Qeyd edilməlidir ki, bir dəfə seçilən ünvanlar, obyektlər və marşrutlar isə avtomatik proqramın yaddaşında saxlanılır. Seçilən marşrut üzrə yerləşən muzeylərin, xəstəxanaların, turizm obyektlərinin, mehmanxanaların və bu kimi digər obyektlərin vizual görüntüsü də əks olunur. Bundan başqa, turistlər gedəcəyi hotelin, muzeyin, mehmanxananın, iaşə obyektlərinin axtarışını edən zaman həmin müəssisələr haqqında məlumatlar, onların əlaqə nömrələri ekranda görünür. Xəritənin 3 ölçülü (3D) rejimdə əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir. Gələn qonaqları nəzərə alan “AzNav” Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir. Bununla da onlar öz dillərində sistemi rahatlıqla işlədə biləcəklər.

Reaksiya.az

Şərhlər