Siqaretin ölkəyə gətirilməsi ilə bağlı YENİ TƏKLİFLƏR HAZIRLANIR

19.01.2018 13:19     Sosreaksiya     1471

“Ötən il 6 milyondan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb”.

Reaksiya.az xəbərinə görə, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyev bu gün qanunsuz siqaret idxalının inkişaf etmiş ölkələrin də qarşısında duran əsas problemlərdən biri olduğunu qeyd edib:

“Məsələn, Amerika Birləşmiş Ştatlarında 20 il əvvəl ən yaxşı halda qanunsuz ticarət dövriyyəsinin 11-12 faizinin qarşısını almaq mümkün olurdu”.

A.Əliyev bildirib ki, qanunvericilikdə əvvəlki tələbələrə görə, hər bir insan sərhədi keçərkən 3 blok siqaret gətirə bilərdi: “Səylərimiz nəticəsində bunun ayda bir dəfəyə endirdik. Təəssüf ki, gömrüklə bağlı şikayətlərin 99 faizi siqaretlə bağlıdır. Onlar siqaretlərinin əllərindən alınamsına etiraz edirlər. Bəzi iş adamları kənd-kənd gəzib insanları narahat edir, yaşlı adamları bu işə cəlb edirlər. Biz təkcə gömrükdə deyil, qanunsuz siqaret satışına qarşı Bakı ilə yanaşı bölgələrdə də mübarizə aparırıq”.

A.Əliyev siqaret idxalı ilə bağlı bəzi tələblərin dəyişməsi üçün Milli Məclisə təkliflər hazırladıqlarını bildirib.

“Parlamentə fiziki şəxslərə sərhəddi keçərkən ayda 3 blok siqaret məhdudiyyətinin 1 bloka endirilməsini təklif edəcəyik. Hazırda siqaret satışına görə yaş məhdudiyyəti var, amma ölkəyə gətirilməsinə görə yaş məhdudiyyəti yoxdur. Bu məsələyə də baxıla bilər. Düzdür, qaçaqmalçılqı yolları ilə gətirilməyə maraq artıracaq. Bu istiqamətdə də tədbirlərimizi davam etdirəcəyik”.

Rezksiya.az

Şərhlər