Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb

20.01.2018 13:22     Sosreaksiya     1243

“Seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi, yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq”

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilir".

Reaksiya.az-ın reporta istinadən verdiyi məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi yanvarın əvvəlindən başlayıb: "Hazırda seçici siyahılarının dəqiqləşdirməklə məşğuluq. Fevralın 5-ə qədər məntəqələr səviyyəsində dəqiqləşdirmələr başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaqdır və may ayının axırına qədər işlərə yekun vurulacaq".

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

Reaksiya.az



 

Şərhlər