Azərbaycan dilinin informasiya bazası yaradılıb

22.01.2018 15:00     Sosreaksiya     1742

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilinin informasiya bazası - www.azerbaycandili.az saytı yaradılıb.

 

APA-nın xəbərinə görə, saytda “Dil haqqında”, “Qanunlar”, “Azərbaycan dilçiləri” və “Dilçilik kitabxanası” bölmələri mövcuddur.

 

Bölmələrdə Azərbaycan dili haqqında ümumi məlumat, dövlət dili haqqında hüquqi-normativ baza haqda məlumatlar yerləşdirilib.

 

İnformasiya bazasında Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğətlər və ədəbiyyatların elektron variantları da yer alıb.

 

Bu günlərdə saytın geniş ictimaiyyət üçün təqdimatı keçiriləcək.

 

Reaksiya.az

Şərhlər