16:24Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA                16:18Xocalı faciəsi anbaan göstəriləcək - Yeni layihə                16:10Naringi haqda bilmədiklərimiz...                16:06“Park Bulvar”da 14 yaşlı qız itkin düşdü                15:50“Pulu qayıtmayanlara” xoş xəbər - VİDEO

Qarabağda daha bir erməni əsgər öldü

Qarabağda daha bir erməni əsgər öldü
Tarix: 09.02.2018 12:32
Oxunma sayı: 853
Paylaş:

İşğal altında olan Dağlıq Qarabağda erməni əsgər ölüb.

Fevralın 8-də, saat 14:15 radələrində, Xankəndi hospitalında erməni əsgəri 1999-cu il təvəllüdlü Hayk Serqeyi Hakopyan ölüb.

Erməni KİV-ləri onun xəstəlik səbəbindən öldüyünü bildirir.

Xatırladaq ki, fevralın 7-də düşmən cəbhə xəttinin Fizuli istiqamətində təxribata cəhd edərkən bir nəfər itki və iki nəfər yaralı verməklə geri çəkilib. Azərbaycan Müdafiə Naizirliyi tərəfindən məlumat təsdiqlənsə də Ermənistan məlumatları təkzib etmişdi.

Hadisədən bir gün sonra növbəti ölüm faktının baş verməsi təsadüfi deyil. Faktiki olaraq, düşmən yenə də yaralılarını gizlədib və onların ölüm səbəbləri başqa bir versiya olaraq təqdim edib. (ordu.az)

Reaksiya.az

Şərhlər