Bakıda 11 yaşlı uşağın qaraciyərindən qurd kistası çıxdı

Bakıda 11 yaşlı uşağın qaraciyərindən uşaq üçün nəhəng hesab edilən qurd kistası çıxarılıb.

Bu barədə Modern.az-a Uşaq cərrahiyyəsi və urologiya uzmanı Op.Dr. Fuad Hüseynov məlumat verib.

Həkim bildirib ki, uşağın qaraciyərində qurd kistasının əmələ gəlmə səbəbi ev heyvanları ilə təmasda olmaqdır:

“Qarnında ağrılar, halsızlıq ,ürəkbulanma şikayətləri olan 11 yaşlı oğlana aparılan müayinələr nəticəsində məlum oldu ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə qurd kistası (exinokokk) mövcuddur. Dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırıldı.

Qaraciyərin 7-8 segmentində diafraqmaya yapışıq yerləşən, uşaq üçün nəhəng hesab edilən kista texniki cərrahi çətinliklərlə ləğv edildi”.

F.Hüseynov bildirib ki, uşaq uğurlu əməliyyat sonrası tam sağlam şəkildə 3 gün sonra dərman müalicəsinə davam etmək şərti ilə evə buraxılıb.

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər