ONN İnformasiya Agentliyi yenicə fəaliyyətə başlayıb.

ONN İnformasiya Agentliyi yenicə fəaliyyətə başlayıb.
Tarix: 13.02.2018 18:28
Oxunma sayı: 444
Paylaş:

Agentlik Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial, mədəni və tarixi hadisələri obyektiv, qərəzsiz, tərəfsiz olaraq informasiya kimi yaymağı, siyasi analizlər, videogörüntülər, proqnozlar, müsahibələr təqdim etməyi qarşıya məqsəd qoyub.


Eyni zamanda ONN media internet portalı vasitəsi ilə informasiyanın yayılmasını həyata keçirir. Portalda “Unutmayaq, unutdurmayaraq” yeni rubrika açmaqla  dəyərlərimizi xatırlatmağa, unutdurmamağa, gənc, istedadlı, yaradıcı şair, yazıçı, elm adamlarını oxuculara tanıtdırmağa, el adətləri, folklorumuzun təbliğinə və s. geniş yer verməyi prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.   

Fəaliyyətimizin ana xətti demokratiyanın inkişafına töhfə vermək, müstəqəlliyimizin qorunması, dövlətçiliyimizin inkişafına xidmət etməkdir.

Dəyərli kolleqalar! ONN İnformasiya Agentliyi 14 fevral saat 12.00 da BMM-də media nümayəndələri üçün brifinq keçirəcəkdir. Bu tədbirdə iştirakınızla media ailəsinə yenicə qədəm qoymuş Agentliyimizə dəsdəyinizi hiss etmək xoş olardı.

Reaksiya.az

Şərhlər