Şəmkirdə şəkər çuğunduru sahələri genişləndiriləcək

14.02.2018 11:05     Sosreaksiya     1320

Şəmkirdə şəkər çuğunduru sahələri genişləndiriləcək.

Bu məsələ Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla “Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Anar Mehdiyev arasında keçirilən görüşdə müzakirə olunub.

Rayon icra hakimiyyətinin başçısı bildirib ki, 2016-cı ildə Ceyrançöl ərazisində 670 hektar sahədən 14 min ton şəkər çuğunduru əldə edilib. 2017-ci ildə isə vətəndaşlara məxsus 1200 hektar torpaq sahəsində şəkər çuğunduru əkilib.

“Azərşəkər” MMC-nin baş direktoru Azər Mehdiyev çuğundur sahələrində aqrotexniki qaydalara əməl edilməsinin və texniki təminatın vacibliyini vurğulayıb, Şəmkirdə çuğundur sahələrinin genişləndirilməsi üçün birgə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Sonra “Azərşəkər” MMC-nin əməkdaşları ilə birgə rayonun Ceyrançöl ərazisində çuğundur əkiləcək torpaq sahələrinə baxış keçirilib.

Reaksiya.az

Şərhlər