Dünyanın ən ucuz və ən faydalı müalicə üsulu

16.02.2018 11:49     Sosreaksiya     1753

Bu gün tibdə ən çox yayılan xəstəliklərdən biri də hipodinamiya-hərəkətsizlikdir. O, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Az hərəkət  edən insanın bədənində mübadilə prosesləri, qan dövranı zəifləyir, durğunluq prosesləri yaranır ki, bu da  müxtəlif xəstəliklərin inkişafı üçün çox əlverişli şərait yaradır. Azhərəkətlilikdən yaranan ağır fəsadlardan biri də müasir tibdə çox ağır, insanın həyatını yeyən xəstəliklərdən biri piylənmədir. 
 
Piylənmədən xilas olmaq üçün isə ən yaxşı çıxış yolu piyada gəzməkdir. Piyada gəzintilər insandan nə əlavə vaxt, nə də pul tələb etmir və bununla yanaşı  insan sağlamlığına çox böyük xeyir gətirir. 
Lakin piyada gəzintinin yeganə müsbət cəhəti piylənmədən xilas olmaq deyil. O ən ucuz müalicəvi vasitə kimi bir çox xəstəlikləri qarşısını alır.
 
Piyada gəzməyin insan orqanizmi üçün yararlı olan başqa faydalarından da danışacaq:
1.Amerikada aparılan araşdırmalardan biri sübut edib ki, yemək yedikdən dərhal sonra ən az 10 dəqiqə piyada gəzmək  ikinci tip diabet xəstəliyinə tutulma riskini böyük ölçüdə azaldır. Piyada gəzmək qan şəkər səviyyəsini aşağı salır və şəkər xəstəliklərinə tutulma ehtimalını azaldır; 
2. Piyada gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır ki, bu da xəstəliklərə qarşı mübarizədə ən effektli vasitələrdən biridir;
 
3. Yaradıcı insanlar üçün piyada gəzməyin özəl faydası var. Çünki gəzinti zamanı insan daha dərindən düşünə bilir;
4. Piyada gəzən zaman nizamlı olaraq su içmək lazımdır. Susama hissini gözləmədən 10 dəqiqədən bir su içmək gəzintinin yaxşı keçməsini təmin edəcək, həmçinin yarana biləcək yorğunluğa da mane olacaq. Qaçarkən və ya piyada gəzərkən günəşdən təsirlənməmək üçün eynək taxılmalı, papaq qoyulmalı və kremlərlə açıq yerlərin qorunması zərərlərin yaranmasına mane olar.
5. Soyuq hava günlərində edilən gərgin idman və piyada gəzinti ürək xəstəliyi və yüksək təzyiq riskini artırır. Buna görə də soyuqdan qorunmaq əhəmiyyətlidir. Lakin gündə yarım saat gəzmək belə, təzyiqin idarə edilməsində və şəkər xəstəliyinin müalicəsində əhəmiyyətlidir. Piyada gəzərkən ayaq sağlamlığına da diqqət edilməlidir. Uyğun və alt yumşaqlığı düzgün seçilmiş idman ayaqqabısı performansı artırır. Qaçışdan və piyada gəzməzdən təxminən bir saat əvvəl asan həzm edilə bilən karbohidrat gümrahlığa səbəb olar. Eyni formada piyada gəzdikdən sonra boşalan karbohidrat anbarları əzələləri əritməsin deyə, bərpa etmək üçün meyvə yeyilməsi məsləhətdir.
6. Həzm sisteminin fəaliyyətinin yaxşılaşmasında da piyada gəzməyin faydası çoxdur;
7. Piyada gəzməyin görmə qabiliyyətinə də müsbət təsiri var;
8. Yerimə qaçışla müqayisədə onurğanı, oynaqları daha az yükləyir. Həmçinin yerimə oynaqları və sümükləri möhkəmləndirir, osteoporozun (yaşlı insanlarda sümüklərin kövrək olması) inkişafının qarşısını alır;
9. Müalicəvi yerimə ürək-damar, tənəffüs sisteminə çox müsbət təsir edir, infark və insult kimi ağır pozulmaların riskini azaldır, arıqlamağa kömək edir, əzələləri möhkəmləndirir.(moderator.az)

Şərhlər