Qaradağ rayonunda seçki hazırlığına start verildi

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsi prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib. Rayon şöbəsinin üzvlərinin iştirakı ilə keçirilən toplantıda imzatoplama kampaniyası ilə bağlı görüləcək işlər, seçicilərlə aparılacaq ümumi və fərdi söhbətlər, müzakirələr, təbliğat-təşviqat kampaniyası zamanı qanunvericiliyə uyğun olaraq ayrılacaq yerlərdə təbliğat xarakterli materialların yapışdırılması və digər məsələlər müzakirə olunub və iş bölgüsü aparılıb.
Advertisement Banner

Şərhlər