Kosmos savaşı: Rusiya ABŞ-a qarşı xüsusi silah hazırlayır

19.02.2018 12:27     Sosreaksiya     1229

Rusiya və Çin ABŞ-ın hərbi və kommersiya peyklərini sıradan çıxarmaq üçün xüsusi silahlar hazırlayır.

Bu barədə informasiya ABŞ Milli Kəşfiyyatının hesabatında yer alıb. Hesabata əsasən, bu tip silahlar həmin ölkələrin arsenalında yaxın illərdə peyda ola bilər.

ABŞ kəşfiyyatı Çin və Rusiyanın xüsusi peyk əleyhinə bölmələr də yaratdığını bildirib. Bu peyklərin ABŞ-a qarşı gələcək konfliktlər zamanı istifadə ediləcəyi vurğulanıb.

Reaksiya.az

Şərhlər