Ermənilərdən daha bir təxribat planı

Ermənistan tərəfinin Azərbaycanın humanistliyindən istifadə edərək daha bir təxribata hazırlaşması üzə çıxıb.

Reaksiya.az “AzeriDefence”yə istinadən xəbər verir ki, bu günlərdə Ermənistan mediasında yayımlanan bir foto ermənilərin planlaşdırılan təxribat cəhdini ifşa edib.

Ermənistana məxsus internet media resurslarında Rusiyadan alınmış və Ermənistan Ordusunun silahlanmasında yeni daxil olan “Kornet-D/EM” tank əleyhinə idarə olunan raket kompleksinin təlim fotosu yayımlanaraq bu raketlərin texniki-taktiki xüsusiyyətlərindən bəhs edilib.

Fotodan göründüyü kimi ermənilər adıçəkilən raketlərin daşınmasında UAZ markalı avtomobildən istifadə edirlər. Elə bu yerdə diqqəti “Kornet” TƏİR kompleksi deyil, UAZ maşını cəlb edir.

Fotodakı UAZ ordunun istifadəsində yer alan sanitar maşındır. Şəkili yaxından incələdikdə aydın görünür ki, maşının sağ tərəfdə üzərinə yazılmış “Medsinskaya Slujba” (Медицински служба) sözü çəkilişdən sonra “fotoşop”dan istifadə edilməklə silinib. Silinmə kobud şəkildə aparıldığından bəzi hərflər aydın hiss olunur.

Heç kimə sirr deyil ki, ermənilər dəfələrlə əhalidən canlı sipər kimi və beynəlxalq qanunvericiliklə nəzərdə tutulan fərqləndirmə nişanlarından öz məqsədləri üçün istifadə ediblər. Bununla bağlı kifayət qədər faktlar mövcuddur.

Görünən odur ki, ermənilər hərbi əməliyyatlar zamanı cəbhədə sanitar maşınlardan silah və texnikanın nəqlində istifadə etməyə hazırlaşırlar. Azərbaycan Ordusunun humanist davranışını, aprel döyüşlərində yaralıları daşıyan tibbi maşınlara və hospitala atəş açmadığını qarşı tərəfin həkimləri ötən ilin aprel ayında özləri də etiraf etmişdilər. Bütün bunları nəzərə alsaq, ehtimal etmək olar ki, növbəti provokasiyalarında düşmən təxribatlarını reallaşdırmaq üçün Azərbaycanın bu humanistliyindən istifadə edəcək, silah daşıdığı aşkarlanan texnika vurulduqda isə həmişəki kimi vay-şüvənə başlayacaqlar.

Reaksiya.az

Advertisement Banner

Şərhlər