“Kaspersky Lab” şirkəti “Azercell” abunəçilərini kibertəhdidlərdən qoruyacaq

Təkcə 2017-ci ildə Azərbaycanda 12 000-dən çox mobil qurğu istifadəçisi kiberhücumlara məruz qalıb. Reaksiya.az-ın xəbərinə görə, Azərbaycanın mobil rabitə operatoru ”Azercell Telekom” və “Kaspersky Lab” şirkəti istifadəçilərinin maksimal təhlükəsizliyini təmin etməyə çalışır. Bu səbədən “Azercell”in tarif planlarından biri ilə alınan bütün “General Mobile 6” smartfonları artıq “Android” üçün nəzərdə tutulmuş “Kaspersky Internet Security” həlli ilə qorunur. Sözügedən müdafiə həlli telefon alınan andan 1 il ərzində pulsuz təklif olunur. 

“Kaspersky Lab”ın statistikasına* əsasən, 2017-ci ildə Azərbaycanda 12,5 mindən çox mobil qurğu istifadəçisi kiberhücumlara məruz qalıb. Onlardan təxminən yarısı (47%-i) reklam troyanlarının hücumuna uğrayıb. Bu, dünya miqyasına tendensiyaya uyğundur. Bununla belə, ekspertlər qeyd edirlər ki, virusa yoluxma zamanı reklam həqiqətən də bezikdirici olur – hansısa bir anda mobil qurğudan artıq istifadə etmək mümkün olmur.

 Lakin intişar tapmış zərərvericilər sırasında artıq “can verən” təhdidlər sinfi də yer alıb, məsələn, SMS-troyanları. Bu isə o deməkdir ki, Azərbaycanda istifadəçinin mobil hesabına SMS-abunə və ya SMS-ödəniş vasitəsilə hücumlar hələ də aktualdır.

 Mütəxəssisləri narahat edən əsas faktlardan biri də odur ki, top-təhdidlər sırasında troyan sinfinin ən təhlükəli virusu da yer alıb – “root” əməliyyatları. Sistemə daxil olduqdan sonra sözügedən əməliyyatı həyata keçirənlər səlahiyyətli istifadəçi (“super user”) hüququnu alırlar ki, nəticədə önları aşkar etmək və kənarlaşdırmaq, demək olar ki, mümkün deyil. Söhbət “ZTorg” və IOP troyanlarından gedir. Belə hallarda ilk olaraq maksimum effektiv şəkildə yoluxmanın qarşısı alınmalıdır, bunu isə yalnız xüsusi ixtisaslaşdırılmış müdafiə həlləri vasitəsilə etmək mümkündür.

 “Bizi “Azercell” ilə uzu illər ərzində həyata keçirdiyimiz məhsuldar əməkdaşlıq əlaqələndiri ki, bunun da əsasında istifadəçilərin qayğısına qalmaq dayanır. Daha çox və ya az təhlükəli qurğu və sahələr olmadığı kimi, kibertəhdidlər aləmi də sərhəd tanımır. Təəssüflər olsun ki, kibermüdafiədə boşluq varsa, kibercinayətkarlar onu mütləq tapacaq. Yaxşı xəbər ondan ibarətdir ki, bizim həll bütün boşluqları etibarlı şəkildə aradan qaldırır və elə işləyir ki, istənilən yoluxmanın təhlükəsini minimuma endirir. Məhz bu səbəbdən “Azercell” istifadəçiləri artıq tam arxayın ola bilərlər”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

 ""Azercell" – ölkənin ən iri mobil rabitə operatorudur və biz sadəcə olaraq müştərilərimizin təhlükəsizliyi ilə risk edə bilmərik. Bu gün İnternet sürətlə mobilləşir, bu isə o deməkdir ki, mobil təhdidlərin də sayı artmaqdadır. Abunəçinin bir ehtiyatsız hərəkəti onun üçün şəxsi məlumatların və telefonun danışıq balansının itkisi və ya qurğunun sıradan çıxması ilə nəticələnə bilər. Bu cür riskləri minimuma endirmək üçün biz kibertəhlükəsizlik sahəsinin əsas oyunçularında biri sayılan – “Kaspersky Lab” şirkəti ilə saziş imzaladıq. Ümid edirik, bu, bizim sonuncu birgə layihəmiz deyil», - deyə “Azercell”in Korporativ kommunikasiya şöbəsinin rəhbəri Nigar Şıxlinskaya əlavə edib.

 “Android” üçün nəzərdə tutulmuş “Kaspersky Internet Security” həlli zərərli proqram təminatını və təhlükəli linkləri bloklayır, arzuedilməz zəngləri və SMS-ləri filtrdən keçirir, həmçinin istifadəçinin şəxsi məlumatlarını kənar şəxslərdən qoruyur. Qurğu itdiyi halda onu tapmaq, uzaq məsafədən bloklamaq və yaddaşını təmizləmək mümkündür. Bu həllin etibarlı müdafiəsi yüksək məhsuldarlıqla uyğundur, buna görə ondan istifadə mobil kommunikasiya və onun şəbəkədə fəaliyyətinin sürətinə təsir etmir.

Gülnaz Qənbərli

Reaksiya.az

Advertisement Banner

Şərhlər