Bayılda su olmayacaq

09.03.2018 12:16     Sosreaksiya     1028

Bayılda suyun verilişində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, məhdudiyyət Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədardır.

Belə ki, 09 mart 2018-ci il tarixdə 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir

Reaksiya.az

Şərhlər