Nigar Ogedayın yazısı - "Türk birliyi üçün yola çıxan elçi"

"Yeni Müsavat"ın Türkiyədə yaşayan keçmiş əməkdaşı Nigar Ogeday (Nigar Almanqızı)  www.turkishnews.com/tr saytında "Türk birliyi üçün yola çıxan elçi" başlıqlı yazı dərc etdirib. 

Yazı Türkiyəli diplomat, bir dönəm Azərbaycanda fövqəladə və səlahiyyətli səfir olmuş, hazırda Moldavada ölkəsini təmsil edən Hülusi Kılıça həsr olunub.

Müəllif H.Kılıçın heç vaxt adi səfirlərdən olmadığını qeyd edir, onun Ermənistanla Türkiyə arasında protokolların imzalanması ilə bağlı iki qardaş dövlətin münasibətlərinin gərginləşməsi vaxtı yaşanan böhranın həll edilməsi üçün böyük səy göstərdiyini yazır: "Bayraq böhranında isə göstərdiyi yüksək performans və idarə bacarığı təqdirə şayan idi. Onun sayəsində iki ölkə bir-birinə daha da sarılıb güclənərək böhrandan çıxdı".

Картинки по запросу hulusi kılıç

N.Ogeday səfir Hulusi Kılıçın Türk dünyasının birliyi üçün böyük işlər gördüyünü yazaraq qeyd edir ki, o, məhz Moldovada yaşayan türk soylu qaqauz xalqına yardım etmək üçün Moldovaya səfir təyin edilməsini istəyib.

Müəllifin yazısını tam şəkildə aşağıdakı linkdən oxuya bilərsiniz.

https://www.turkishnews.com/tr/content/2018/03/09/turk-birligi-icin-yola-cikan-elci/amp/?__twitter_impression=true

Reaksiya.az

Advertisement Banner

Şərhlər