Devid Morris: Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi

Devid Morris: Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi
Tarix: 12.04.2018 11:42
Oxunma sayı: 592
Paylaş:

Biz yeddi seçki məntəqəsində olduq. Heç bir qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yaxşı təşkil olunmuşdu.

Bu sözləri Azərbaycanda prezident seçkilərini müşahidə edən Böyük Britaniya İcmalar Palatasının üzvü Devid Morris aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib.

O bildirib ki, seçkilərin qanunauyğun şəkildə təşkil edilməsi üçün istifadə olunan metodlar bütün seçki məntəqələrində eyni idi. Əminliklə deyə bilərik ki, Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi. Yerli müşahidəçilər və media ilə də görüşdük. Hər hansi qanun pozuntusunun baş verdiyi qeydə alınmadı.

Seçkilərin şəffaf və ədalətli keçdiyini vurğulayan Lordlar Palatasının üzvü Devid Evans da seçki məntəqələrində müşahidə apardıqlarını, səsvermənin keçirilməsi üçün yaxşı şəraitin yaradıldığını qeyd edib.

 

 

Şərhlər