Avropanın müşahidə missiyaları seçki ilə bağlı bəyanat yaydılar

Avropanın müşahidə missiyaları seçki ilə bağlı bəyanat yaydılar
Tarix: 12.04.2018 14:34
Oxunma sayı: 287
Paylaş:

Azərbaycan Respublikasında 11 aprel 2018-ci il tarixli Prezident seçkilərini izləyən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin müşahidə missiyası 11 aprel seçkisi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

- Mərkəz ofisi Brüssel şəhərində yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12.03.2018-ci il tarixli, 10/20-419 saylı rəsmi dəvət məktubunu nəzərə aldı və 11 aprel 2018-ci il Növbədənkənar Prezident seçkilərinin müşahidəsini həyata keçirməyi qəbul etdi. 
Müşahidə missiyamız aşağıdakı şəxslərdən ibarət olmuşdur:
Klod MONİKE, ASKTM-in Baş İcraçı Direktoru, Missiyanın rəhbəri;

Simon PETERMAN, Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə Fəxri Professor (Belçika Liege Universiteti və Brüssel Universiteti).
Seçki günü seçki prosesini müşahidə etdik və ənənəvi ATƏT proqramına əsaslanan müşahidələrimizə əsaslanaraq bildiririk ki, seçkilər azad, ədalətli, şəffafdır və dinc atmosferdə davam edib və seçicilərə heç bir təzyiq halı olmamışdır. 
Biz aprelin 11-də Bakı ərazisində 20 seçki məntəqəsində müşahidə apardıq. Müşahidə missiyamız seçki günü seçki prosesini müşahidə etdi və 11 aprel 2018-ci il seçkilərinin dinc, yüksək şəffaflıq və beynəlxalq standartlara riayət olunması şəraitində keçirilməsinin şahidi oldu.
MSK ümumi 894 beynəlxalq müşahidəçi və 58175 yerli müşahidəçini qeydiyyatdan keçirmişdir. Bu, seçkilərin şəffaflığına öz töhfəsini vermişdir.
Daha dəqiq, aşağıdakıları müşahidə etdik:
Seçkilər azad keçirilmiş, səmərəli qaydada və müsbət mühitdə təşkil olunmuşdu. Bir sıra müsahiblərin fikrincə, kampaniya müddətində heç bir əsaslı pozuntular qeyd edilməmişdir.
Seçki məntəqələrində səslərin sayılması prosesi açıq və şəffaf keçdi. Müşahidə aparılmış hər seçki məntəqəsinin nəticələri xüsusi qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərilmişdir.
Biz qeydiyyat siyahılarının hüquqi prosedura müvafiq təşkilini müşahidə etdik və iki dəfə səsvermədən yayınmaq üçün mürəkkəbdən istifadəni qeydə aldıq. Çoxsaylı seçki məntəqələrində veb kameralar qurulmuşdu və işləyirdi, belə ki, bu, seçki prosesinin şəffaflığını artırır. 
Seçki gününün sonunda 1 yerli və 2 xarici, Fransa və ABŞ sosioloji tədqiqat şirkətləri (OpinionWay və Arthur J Finkelstein&Assoşieyts) apardıqları ekzit-polların nəticələrini açıqladı. Biz bu nəticələrin MSK-nın elan etdiyi ilkin faizlərlə uyğunluğunu yoxladıq və bunu demokratik seçkilərin ifadəsi kimi müsbət qiymətləndiririk.
Beləliklə, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi təsdiq edir ki, bu növbədənkənar Prezident seçkiləri ədalətli və legitim idi və 11 aprel 2018-ci il seçkilərinin nəticələrini Azərbaycan xalqının iradəsinin ifadəsi kimi qiymətləndirir.

Klod Monike Simon Peterman
Bakı, 12 aprel 2018-ci il

                         ***

Fransadan dəvət olunan müşahidəçilərin yaydığı bəyanatı

- Biz aprelin 11-i, çərşənbə günü Bakıda və onun ətraf rayonlarında keçirilən Prezident seçkilərində səsvermənin gedişatını izlədik və bu təcrübə ilə bağlı bir sıra məqamları qeyd etmək istərdik.
1) Azərbaycan qanunvericiliyi bir çox ölkələrdə olduğu kimi seçkilərin keçirilmə tarixinin vaxtından əvvələ təyin olunmasına imkan verir. Belə ki, bu, seçki prosesinin qanunauyğun şəkildə keçirilməsinə heç bir əngəl yarada bilməz.
2) Müşahidələrimizdən belə nəticəyə gəldik ki, səsvermə prosedurlarının təşkili bizim qərb demokratiyasında mövcud olan hazırkı standartlara cavab verir və bu prosedurlar qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
3) Görüşdüyümüz digər müşahidəçilər də bizə heç bir qayda pozuntusu ilə qarşılaşmadıqlarını bildirdilər və səsvermə prosesinin seçicilərə heç bir kənar təzyiq olmadan normal keçdiyini müşahidə etdiklərini bildirdilər.
4) Mətbuatın daha çox bir namizədin dəstəklənməsindən bəhs etməsinə (Fransada Makronun seçildiyi seçkilərdə olduğu kimi) və hətta həmin namizədin inzibati strukturun imkanlarından yararlana biləcəyinə baxmayaraq, digər namizədlər də öz proqramlarını heç bir məhdudiyyət qoyulmadan ifadə edə bilirdilər.
Nəticə etibarilə onu qeyd etmək lazımdır ki, müxtəlif namizədlərə qarşı kütləvi informasiya vasitələrinin bərabər şəkildə yanaşmasının müəyyən qədər təkmilləşməsinə ehtiyac olmasına rəğmən bir çox xarici müşahidəçilərin dəvəti və iştirakı ilə bu seçkilər tam şəffaflıqla keçirilmişdir.
Bundan əlavə, seçkinin son nəticəsi yerli və beynəlxalq təşkilatların (ABŞ və Fransadan olan) həyata keçirdiyi seçki sorğularına (ekzit-pol) cavab verdiyini də qeyd etmək lazımdır.
Bu seçki Azərbaycanda demokratik standartların yaradılması üçün doğru istiqamətdə atılan bir addım idi və biz də bu ölkəni bu cür səyləri davam etdirdiyinə görə alqışlayırıq.

***

Mərkəzçi Demokrat Beynəlxalq Hərəkatına üzv Partiyaların Nümayəndələrinin Bəyanatı

- Bakı, 12 aprel 2018-ci il

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Mərkəzçi Demokrat Beynəlxalq Hərəkatına 11 aprel 2018-ci il tarixində ölkədə keçiriləcək Prezident Seçkilərinə müşahidə missiyası göndərməklə bağlı ünvanladığı dəvətin ardınca 24 beynəlxalq müşahidəçidən ibarət qısamüddətli nümayəndə heyəti göndərilməsi barədə razılığa gəlindi. Müşahidəçilər 4 qitədən 100-ə yaxın üzv partiyaların bəzisini təmsil edir və əksəriyyəti dünya üzrə seçki müşahidə missiyalarında böyük təcrübəsi olan parlamentarilərdir. 
Qeyd edilməsi vacib məqam odur ki, prezident seçkiləri tarixinin önə çəkilməsi barədə qərar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq normalara uyğun qəbul edilib və bu səbəbdən legitim qərar olmuşdur.


Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və digər müxalifət partiyalarını birləşdirən Milli Şura seçkiləri boykot etsə də, digər müxalifət partiyaları, daha dəqiq, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Sosial-Demokrat Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası seçkidə iştirak etmək qərarı vermiş və onların namizədləri seçki platformalarını həyata keçirmişdir. 
Ümumilikdə namizədliklərin irəli sürülməsi prosesi və namizədlərin qeydiyyatı zamanı heç bir ciddi pozuntu və şikayət qeydə alınmayıb. 
Bu kampaniyada əsas məsələ media və təbliğatın işıqlandırılması olmuşdur. Mərkəzi Seçki Komissiyasının Yaddaş kitabçasında yer alan qaydaların televiziyada, radioda və mətbuatda bərabər işıqlandırma üçün təlimatları təsbit etsə də, bir namizədə media işıqlandırmasında böyük üstünlük verilib. Hazırki Prezident namizəd debatlarında və KİV-dəki kampaniyalarda iştirak etməsə də, onun Prezident kimi rəsmi fəaliyyətlərinin KİV-də geniş işıqlandırılması ona digər namizədlərlə müqayisədə əhəmiyyətli dərəcədə üstünlük vermişdir.


Digər mühüm məsələ dövlət fondlarının namizədlərdən birinin xeyrinə istifadəsidir. Cari qanunvericiliyə əsasən, Dövlət heç bir prezidentlik namizədinə hər hansı maliyyə ayırmır. Lakin az hallarda inzibati resurslardan bir namizədin xeyrinə istifadə halları olmuşdur. Şəffaflıq naminə və gələcək seçkilərdə çaşqınlıqdan yayınmaq məqsədilə yaxşıca işlənib hazırlanmış hədd müəyyənləşdirilməlidir.


Müsbət məqam odur ki, namizədlər heç bir məhdudiyyət olmadan kampaniya apara bilmişdir. Bu məqsədlə ölkənin bütün şəhərlərində xüsusi yerlər təşkil edilmişdir və siyasi mövqeyindən asılı olmayaraq, hər bir təşkilatın təhlükəsiz toplaşması təmin olunmuşdur. Seçkiləri boykot etmiş partiyaların ötən ay, martın 10-da, eləcə də 31-də Bakının mərkəzində birgə nümayiş keçirməsi buna misaldır. Əsas məsələ odur ki, bütün namizədlərə öz platformalarını təqdim etmək üçün imkan verilmişdir. 
Seçki kampaniyası dövründə toplaşma, birləşmə, söz, vicdan və s. kimi əsas insan hüquqlarına məhdudiyyətlə müşahidə edilməmişdir. 
Seçki administrasiyasının seçicilərin iştirakçılığını təşviq edən kampaniya aparsa da, görünür ki, seçici fəallığı bir sıra yerli icra orqanları tərəfindən dövlət müəsssisələri işçilərinin seçkilərdə mərkəzləşdirilmiş şəkildə iştirakının təşkil edilməsi sayəsində artmışdır. Bu halın gələcək seçkilərdə yenidən baş verməməsi arzuolunandır. 
Qeyd edilməlidir ki, Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesini texniki cəhətdən dəqiqliklə təkil etmişdir və ictimai etimad qazanmışdır. MSK-nın seçkilərin keçirilməsi ilə bağlı hazırladığı Fəaliyyət Planı lazımi qaydada icra edilmişdir. Seçkilərə hazırlıq müddətində MSK-nın iclasları media təmsilçilərinə, müşahidəçilərə və qeyri-hökumət təşkilatlarına açıq olmuşdur. MSK müntəzəm qaydada iclaslar keçirmiş, cari məsələlərin həll edilməsi ilə məşğul olmuş və həmçinin şikayətlərə baxmışdır. 
Demokratik öhdəliklərə hörmətə nəzərən hələ də bəzi çətinliklərin olmasına baxmayaraq, cari milli hüquqi çərçivə seçkilərin keçirilməsi üçün yetərli əsas hesab olunur. 
Seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Hökuməti ilə ATƏT/DTİHB, Venesiya Komissiyası və digər beynəlxalq təşkilatlar arasında uzun illər davam edən əməkdaşlığa baxmayaraq, seçki məcəlləsini əhəmiyyətli dərəcədə təkmilləşdirmişdir, Lakin seçki komissiyalarının tərkibi ilə bağlı müddəalar hələ də tam həll edilməmişdir. Lakin bu məsələ uzunmüddətli müşahidə qrupunun yerli seçki ekspertləri, siyasi partiyalar və QHT təmsilçiləri ilə görüşlər zamanı demokratik seçkilərin keçirilməsi üçün əsas maneə kimi göstərilməmişdir.


Səsvermə prosesi milli qanunvericiliyə uyğun və texniki cəhətdən səmərəli şəkildə təşkil edilmişdir. 
Seçki günü müşahidəçilər Bakıda, kiçik şəhərlərdə və kənd yerlərində seçki məntəqələrinə getmişdir. Müşahidəçilərimiz təsdiq edir ki, insanlar seçdikləri namizədə səs verməkdə azad idi. Səfər edilən məntəqələrin heç birində hədə-qorxu, məcburiyyət və ya zorakılıq halına rast gəlinməyib. Azərbaycan hakimiyyəti seçicilərin, siyasi partiyaların və QHT-lərin üzvlərinin, yerli və beynəlxalq müşahidəçilərin və media üzvlərinin təhlükəsizliyini təmin etmişdir. 
Səsvermənin açılışından tutmuş bağlanışına qədər səsvermə prosesinin bütün mərhələlələrinə şahid olduq. Səsvermə məntəqələri bağlandıqdan sonra nümayəndə heyətimizin üzvləri, o cümlədən müxtəlif siyasi partiyaların və QHT-lərin nümayəndələri və yerli müşahidəçilər həmçinin səslərin hesablanması və nəticələrin yerləşdirilməsi prosesini müşahidə etmişdir. Bu prosesin mütəşəkkil qaydada və səmərəli şəkildə keçməsi qiymətləndirilmişdir. Eyni zamanda prosesin şəffaflığının kifayət qədər olmaması ilə bağlı edilən şikayətlərin bəzisi baxılması üçün MSK-ya göndərilmişdir.


Seçki günü seçkinin nəticəsinə təsir göstərə biləcək ciddi pozuntular müşahidə edilməmişdir. 
20,000-dən çox vətəndaş müşahidəçi və 500-dən çox beynəlxalq müşahidəçinin ölkə boyunca seçki prosesini sərbəst şəkildə izləməsi üçün şərait yaradılmışdır və bu seçkinin şəffaflığına öz töhfəsini vermişdir. Eyni zamanda iki xarici və iki yerli araşdırma şirkəti seçki prosesi ərzində ekzit-pol aparmışdır. 
Seçki günü seçici fəallığı 74,51 % olmuşdur və bu, seçicilərin seçkiyə olan marağının və öz fikirlərini sərbəst şəkildə ifadə etmək istəklərinin göstəricidir. 
Ən mühüm məqam odur ki, Azərbaycanda keçirilən 11 aprel 2018-ci il tarixli növbədənkənar prezident seçkiləri səmərəli, dinc, azad və təşkilati baxımdan şəffaf keçmişdir. Qanunsuz müdaxilələr müşahidə edilməmişdir.


Bu səbəbdən, biz əminik ki, 11 aprel 2018-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti Seçkilərinin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edir.

Reaksiya.az

Şərhlər