Şura QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsinin qalibi olan QHT-lər üçün məlumatlandırma sessiyası keçirib. 
Reaksiya.az-ın məlumatına görə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyada çıxış edərək layihələrin icrasının səmərəli təşkili, layihələrin başlanmasından hesabat dövrünə qədər QHT-nin riayət etməli olduğu qaydalar haqqında ətraflı məlumat verib. F.Qurbanov geniş tərkibli toplantının QHT-nin layihədə nəzərdə tutulan məqsədə çatmasına yardım etmək, benefisiarlar qrupunun icra prosesindən effektiv şəkildə faydalanmasının təmin olunması məqsədi ilə təşkil edildiyini bildirib.
Şuranın baş mühasibi Emin Məmmədov QHT-lərin həyata keçirdikləri layihələrin maliyyə əsasları ilə bağlı təqdimatla çıxış edib. 
QHT sədrləri İlqar Hüseynli, Bəxtimşah Tağıyeva, Sevinc İsayeva, Jalə Əmirbəyova, Ruslan Mustafazadə, Gülbəniz Bayramova, Şərqiyyə Məmmədova, Çingiz Nəzərov, Cəsarət Hüseynzadə, Fərman Nəbiyev, Rüstəm Məlikov, Əkrəm Bəydəmirli, Səlim Balayev və digər şəxslər suallarla çıxış ediblər.
Şura üzvü Sahib Məmmədov və Katibliyin nümayəndələri QHT-lərin suallarını cavablandırıblar.

Reaksiya.az

Advertisement Banner

Şərhlər