"Bəzi gənclər deyirlər ki, elm nəyə lazımdı, neft gəlirləri ilə yaşayırıq"

25.04.2018 15:03     Sosreaksiya     1436

"Bizim bəzi gənclərin arasında belə bir fikir yaranıb ki, elm nəyə lazımdı, neftdən əldə olunan gəlirlə yaşayırıq. Xeyr, bu, belə deyil".
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.
 
AMEA prezidenti gənclərə müraciət edərək "Marqaret Tetçer deyirdi ki, elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır", - deyə bildirib.
 
O qeyd edib ki, elmlə təhsil vəhdət yaratmasa, inkişaf olmayacaq: "Sovet vaxtı elmlə təhsili bir-birindən ayırdılar. Bu isə müəyyən fəsadlar yaratdı".
 
AMEA-da magistratura pilləsinin yaradıldığını xatırladan akademikin sözlərinə görə, üç il əvvəl magistraturaya ilk olaraq 18 nəfər qəbul olunub: "Artıq həmin 18 nəfərdən 17-si bu il doktoranturaya qəbul imtahanı verir".
 

Şərhlər