"FETÖ işi" ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı azadlığa buraxılıb

26.04.2018 12:00     Sosreaksiya     1073

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə  Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi davam etdirilib.

Reaksiya.az apa-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, o, məhkəmə iclas zalından azadlığa buraxılıb, təqdimat təmin edilməyib.

Reaksiya.az

Şərhlər