Nazirlik Azərbaycanda qorunan ərazilərin sahəsini açıqladı | Reaksiya

Nazirlik Azərbaycanda qorunan ərazilərin sahəsini açıqladı

Son illərdə milli parklara 96 min 84 nəfər səfər edib.

Reaksiya.az xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ekoturizm insanın təbiət ərazilərinə səyhətidir: "Azərbaycanın zəngin bioloji müxtəlif obyektləri, təbiəti var. Ekoturizm milli parkların daxilinə səyahətdir. Azərbaycanın hazırda 89 2500 hektardan artıq qorunan ərazisi var. 2001-ci ilə qədər bu rəqəm 478 min idi. Milli parklara əvvəllər 1500-200 nəfər ziyarət edirdisə, son illərdə 196 min 84 nəfər səfər edir".

Direktor müavini qeyd edib ki, bütün milli parklarda ekoturizm marşurutu var: "Hazırda milli parklara 100-dən artıq marşurt var. Milli parklarda Qırmızı kitaba düşən heyvanlar, bitki örtüyü qorunur. Qeyd edim ki, Şirvan Milli Parkında son ildə ceyranların sayı 7 minə çatıb".

Reaksiya.az

Advertisement Banner

Şərhlər