Cəlilabad İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb

Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

İcra başçısının birinci müavini Vidadi Dövlətov işdən çıxarılıb. Onun yerinə Mansur Məmmədov təyin olunub.

Bu təyinata qədər M.Məmmədov Cəlilabad rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bundan başqa, Alıcı Dilavərov da icra başçısının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrinə təyinat alıb.

Bu təyinata qədər Alıcı Dilavərov Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Cəlilabad rayon ərazi şöbəsinin müdiri vəzifəsində çalışıb.(report)

Reaksiya.az

Advertisement Banner

Şərhlər