Güzəştli mənzillərin satışında yaranmış narazılıqlarla bağlı komissiya yaradıldı

Güzəştli mənzillərin satışında yaranmış narazılıqlarla bağlı komissiya yaradıldı
Tarix: 10.05.2018 12:13
Oxunma sayı: 646
Paylaş:

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılıb.

Komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək.

Xatırladaq ki, mayın 7-də sosial ev almaq istəyənlər satışın həyata keçirildiyi e-gov.az saytına daxil olmaqda ciddi çətinliklə üzləşiblər. Təxminən 1 saat ərzində Yasamal Yaşayış Kompleksindən olan 260 mənzilin satıldığı məlum olub. Sosial şəbəkələrdə yer alan məlumatlara görə, sistemdə problemlər ucbatından təxminən 1 600 vətəndaşa mənzil əldə etdiyinə dair bildiriş təqdim edilib. Bundan sonra narazı şəxslər MİDA-nın ofisi qarşısına yığışıb. (report)

Reaksiya.az

Şərhlər